Audit xidmətləri

- Məcburi audit – Əgər şirkətiniz üçün hər il məcburi audit tələb olunursa bizə etibar edə bilərsiniz. Belə ki, Finexpert əməkdaşları qanunla təsdiq olunmuş müvafiq sertifikatlara malikdirlər ki, bu da onların təsərrüfat subyektlərində audit aparmaq və rəy vermək səlahiyyətlərini təsdiq edir.

- Könüllü audit – Əgər Siz biznes sahibisinizsə və şirkətinizin mövcud malliyyə vəziyyəti haqqında düzgün və dolğun informasiya əldə etmək istəyirsinizsə, Finexpert olaraq biznesinizin real mənzərəsini Sizə təqdim etməyə hazırıq. Yoxlama proqramı həmişə auditin təşəbbüskarı olan biznes sahibinin tələblərinə uyğun olaraq mütəxəssislərimiz tərəfindən fərdi formada hazırlanır.

- Ekspres audit – Hərdən biznes mühitində baş verə biləcək təhlükələr anında intensiv qərarlar qəbul etmək zərurəti yaranır. Bu risklərlə qarşılaşmamaq üçün diaqnostik və profilaktik tədbirlər çox effektivdir və təhlükəli və ciddi nəticələrin qarşısını vaxtında alır. Belə hallarda Finexpert komandası operativ olaraq Sizə yardım edir.

- Vergi auditi – Vergi riskləri, qeyri dəqiq hesablamalar və onların doğurduğu pozuntular həmişə aktualdır. Finexpert vergi auditini həyata keçirərkən mühasibat uçotu və hesabatlılıq sisteminin, vergi orqanları ilə hesablaşmaların mövcud real vəziyyətini aşkara çıxarmaqla gələcəkdə vergi orqanlarının cərimə və sanksiyalarından ,eləcə də bununla bağlı gələcəkdə baş verə biləcək mənfi nəticələrin minimuma endirilməsi üçün hesabat və tövsiyələr verir.

- İnventarizasiya – Siz Finexpert əməkdaşlarına müəssisənizin inventarizasiyasını həvalə etməklə inventar komissiyası üzvlərinin və digər şəxslərin audit nəticələrində fərdi maraq və təsir faktlarını tamamilə yox etmiş olursunuz.

- Konsolidə edilmiş maliyyə hesabatları – Finexpert Azərbaycan Respublikasının qanunvericiliyinə və Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarının tələblərinə uyğun konsolidə edilmiş yüksək keyfiyyətli maliyyə hesabatlarının hazırlanmasında Sizə kömək edir.
Vergilərə aid xidmətlər

- Finexpert şirkətinizin vergi hesabatlarının düzgün və vaxtında tərtib olunaraq müvafiq orqanlara təqdim olunmasında sizə yardım edir, eləcə də vergilərin düzgün hesablanmasını, vaxtında dövlət büdcəsinə ödənilməsini araşdırmaqla gələcəkdə baş verə biləcək cərimə, sanksiya və başqa neqativ hallardan biznesinizi qoruyur.

- Finexpert vergi mübahisələrinin həllində Sizə köməklik etməklə maraqlarınızı qoruyur, effektiv müdafiə strategiyası hazırlayır və həyata keçirir.

- Finexpert şirkətinizi kompleks şəkildə vergi yoxlamalarına hazırlamaqla, biznesinizi qanunvericiliklə bağlı gələcək risklərdən sığortalayır və müdafiə edir.

- Finexpert Sizinlə vergi məsləhətləşmələri aparmaqla Sizə fərdi əməliyyatlar, layihələrin icrası, idarəetmə qərarlarının qəbulu, maliyyə planlaşdırılması və nəzarət sahəsində vergi qanunvericiliyinə və maliyyə-vergi təcrübəsinə əsaslanan ən optimal rəylər verir.