Kadr uçotu

- Finexpert şirkətinizdə çalışan işçilərin kadr uçotunu kompleks şəkildə təşkil edir.

- Finexpert Azərbaycan Respublikasının Əmək Məcəlləsinin və əmək qanunvericiliyini tənzimləyən digər normativ-hüquqi aktların tələblərinə uyğun formada insan resurslarının idarə edilməsini həyata keçirir .

- Finexpert baş verən hər növ əmək münasibətlərinin rəsmiləşdirilməsini təmin edir.

- Finexpert biznesinizin xüsusiyyətlərinə uyğun əmək haqqı və nəzarət sistemi formalaşdırır.

- Finexpert şirkətinizin işçi heyəti ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, Vergilər Nazirliyinə, sığorta və məşğulluq orqanlarına və digər əlaqədar orqanlara lazımı məlumatların və hesabatların vaxtında və düzgün təqdim olunmasına yardım edir.

- Finexpert biznesinizdə çalışan və müqavilə əsasında xidmət göstərən hər bir işçinin məlumatları əks olunan insan resurslarının vahid bazasını və müqavilələrin reyestri yaratmaqla, lazımi məlumatların əlçatanlığını təmin edir.