Xidmətlər

Mühasibat uçotu


-Mühasibat uçotunun aparılması – Finexpert tərəfdaşlıq etdiyi bütün şirkətlərin uçot və digər məlumatlarının tam məxfiliyini qorumaqla yanaşı onlara yüksək keyfiyyətli və dəqiq mühasibat uçotu xidmətləri göstərir.

-Mühasibat uçotunun bərpası – Finexpert şirkətinizin maliyyə və hesabatlılıq sistemində baş vermiş ciddi pozuntular və kənarlaşmaların aradan qaldırılmasında, neqativ nəticələrə yol açmadan həmin çatışmazlıqların peşəkarlıqla həll edilməsində Sizə yardım edir.

-Mühasibat uçotunun təşkili – Finexpert Sizə biznesinizin xüsusiyyətinə uyğun uçot sistemi qurmaqda, eləcə də beynəlxalq standartlara uyğun hesabat formalarının tətbiq edilməsində yaxından köməklik edir.

-Baş mühsaib funksiyası – Finexpert mühasibat uçotunun keyfiyyətli və dəqiq aparılması məqsədilə baş mühasib funksiyasını həyata keçirir ki, bu da tərəfdaşlarımız üçün əlavə vaxt və maliyyə itkilərinin qarşısını alır.


Audit


-Məcburi audit – Əgər şirkətiniz üçün hər il məcburi audit tələb olunursa bizə etibar edə bilərsiniz. Belə ki, Finexpert əməkdaşları qanunla təsdiq olunmuş müvafiq sertifikatlara malikdirlər ki, bu da onların təsərrüfat subyektlərində audit aparmaq və rəy vermək səlahiyyətlərini təsdiq edir.

-Könüllü audit – Əgər Siz biznes sahibisinizsə və şirkətinizin mövcud malliyyə vəziyyəti haqqında düzgün və dolğun informasiya əldə etmək istəyirsinizsə, Finexpert olaraq biznesinizin real mənzərəsini Sizə təqdim etməyə hazırıq. Yoxlama proqramı həmişə auditin təşəbbüskarı olan biznes sahibinin tələblərinə uyğun olaraq mütəxəssislərimiz tərəfindən fərdi formada hazırlanır.

-Ekspres audit – Hərdən biznes mühitində baş verə biləcək təhlükələr anında intensiv qərarlar qəbul etmək zərurəti yaranır. Bu risklərlə qarşılaşmamaq üçün diaqnostik və profilaktik tədbirlər çox effektivdir və təhlükəli və ciddi nəticələrin qarşısını vaxtında alır. Belə hallarda Finexpert komandası operativ olaraq Sizə yardım edir.

-Vergi auditi – Vergi riskləri, qeyri dəqiq hesablamalar və onların doğurduğu pozuntular həmişə aktualdır. Finexpert vergi auditini həyata keçirərkən mühasibat uçotu və hesabatlılıq sisteminin, vergi orqanları ilə hesablaşmaların mövcud real vəziyyətini aşkara çıxarmaqla gələcəkdə vergi orqanlarının cərimə və sanksiyalarından ,eləcə də bununla bağlı gələcəkdə baş verə biləcək mənfi nəticələrin minimuma endirilməsi üçün hesabat və tövsiyələr verir.

-İnventarizasiya – Siz Finexpert əməkdaşlarına müəssisənizin inventarizasiyasını həvalə etməklə inventar komissiyası üzvlərinin və digər şəxslərin audit nəticələrində fərdi maraq və təsir faktlarını tamamilə yox etmiş olursunuz.

-Konsolidə edilmiş maliyyə hesabatları – Finexpert Azərbaycan Respublikasının qanunvericiliyinə və Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarının tələblərinə uyğun konsolidə edilmiş yüksək keyfiyyətli maliyyə hesabatlarının hazırlanmasında Sizə kömək edir.
Vergilərə aid xidmətlər

-Finexpert şirkətinizin vergi hesabatlarının düzgün və vaxtında tərtib olunaraq müvafiq orqanlara təqdim olunmasında sizə yardım edir, eləcə də vergilərin düzgün hesablanmasını, vaxtında dövlət büdcəsinə ödənilməsini araşdırmaqla gələcəkdə baş verə biləcək cərimə, sanksiya və başqa neqativ hallardan biznesinizi qoruyur.

-Finexpert vergi mübahisələrinin həllində Sizə köməklik etməklə maraqlarınızı qoruyur, effektiv müdafiə strategiyası hazırlayır və həyata keçirir.

-Finexpert şirkətinizi kompleks şəkildə vergi yoxlamalarına hazırlamaqla, biznesinizi qanunvericiliklə bağlı gələcək risklərdən sığortalayır və müdafiə edir.

-Finexpert Sizinlə vergi məsləhətləşmələri aparmaqla Sizə fərdi əməliyyatlar, layihələrin icrası, idarəetmə qərarlarının qəbulu, maliyyə planlaşdırılması və nəzarət sahəsində vergi qanunvericiliyinə və maliyyə-vergi təcrübəsinə əsaslanan ən optimal rəylər verir.


Vergilər


Vergilərlə bağlı məsləhətləşmələr, biznesin bütün sahələrinə nəzarəti həyata keçirən orqanlara hesabatların vaxtında və düzgün təqdim olunması, o cümlədən, bütün növ vergi hesabatlarının, rəsmi statistik hesabatların, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və Məşğulluq orqanlarına təqdim olunan bütün növ hesbatların hazırlanması və əlaqədar orqanlara təqdim edilməsi.

Kadr uçotu


-Finexpert şirkətinizdə çalışan işçilərin kadr uçotunu kompleks şəkildə təşkil edir.

-Finexpert Azərbaycan Respublikasının Əmək Məcəlləsinin və əmək qanunvericiliyini tənzimləyən digər normativ-hüquqi aktların tələblərinə uyğun formada insan resurslarının idarə edilməsini həyata keçirir .

-Finexpert baş verən hər növ əmək münasibətlərinin rəsmiləşdirilməsini təmin edir.

- Finexpert biznesinizin xüsusiyyətlərinə uyğun əmək haqqı və nəzarət sistemi formalaşdırır.

-Finexpert şirkətinizin işçi heyəti ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, Vergilər Nazirliyinə, sığorta və məşğulluq orqanlarına və digər əlaqədar orqanlara lazımı məlumatların və hesabatların vaxtında və düzgün təqdim olunmasına yardım edir.

-Finexpert biznesinizdə çalışan və müqavilə əsasında xidmət göstərən hər bir işçinin məlumatları əks olunan insan resurslarının vahid bazasını və müqavilələrin reyestri yaratmaqla, lazımi məlumatların əlçatanlığını təmin edir.